-
ABŞ dövlət katibi Rex Tillerson Əfqanıstan paytaxtı Kabilə qəfil səfərə gedib.
Bu səfər Qərbin dəstəklədiyi Əfqanıstan hökumətinin yaraqlılarla mübarizə apardığı bir vaxtda baş verir. 2014-cü ildə NATO-nun bütün qüvvələri bu ölkədən çıxıb.
Prezident Donald Trump administrasiyası bu yaxınlarda yaraqlıların məğlub edilməsiylə bağlı strategiya açıqlayıb. Əfqanıstanda hazırda 11 min ABŞ əsgəri var, onlara əlavə olaraq 3 min əsgər də göndərilir.
Tillerson altı günlük səfər çərçivəsində Səudiyyə Ərəbistanı və Qətərdə olub, Pakistan və Hindistana da səfər edəcək.