Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:35

Dövlət Gömrük Komitəsi (DSK) bildirir ki, bu ilin yanvar-sentyabr aylarında ölkəyə dəyəri 46 mln. 551,95 min dollar olan 30 min 387,31 ton ət idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 min 202,85 ton və ya 50,55 faiz çoxdur.

Məbləğ baxımından isə illik artım 22 mln. 251,74 min dollar və ya 91,57 faiz olub.

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 24 mln. 300,21 dollar dəyərində 20 min 184,46 ton ət idxal edilib.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Eyni vəziyyət süddə də özünü göstərir. Bu ilin 9 ayında ölkəyə 9 719.66 dolar dəyərində süd idxal edilib. Ötən ilin eyni dövründə isə bu 5 750.53 dollara bərabər olub.

Kərə yağlarının da idxalının da artdığı açıqlanıb. Bu ilin 9 ayında ölkəyə 49 064.69 dollar dəyərində kərə yağı idxal edildiyi bildirilir. Ötən ilin analoji dövründə isə bu 38 437.38 dollar təşkil edib.

Ekspertlər bunu əsasən ölkədə örüş yerlərində pambıq əkilməsi ilə izah edirlər. Onlar deyirlər ki, bir sıra fermerlərin müqavilə ilə dövlətdən icarəyə götürüb mal-qoyun saxladıqları torpaqlar əllərindən alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG