Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 14:10

'Evlərdə doğuşların sayı artır'-Media icmalı


Yeni doğulan körpə

Qarabağ münaqişəsi, səhiyyədə rüşvətxorluq və problemli kreditlərə görə inzibati həbslərin davam etməsi bu gün (20 oktyabr 2017) medianın aparıcı mözularındandır...

«AZƏRBAYCANDA ÜRƏK ƏMƏLİYYATI 9-10 MİN MANATA BAŞA GƏLİR»

«Novoye Vremya» qəzetində «Tibbi xidmətin əlçatanlığı və keyfiyyəti- uğurların əsasıdır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanda tibbi xidmətlərin tədricən ödənişli sistemə keçəcəyi haqda gözləntilər var. Müəllif yazır ki, onsuz da ölkədə reallıqda tibbi xidmət ödənişlidir. Bu baş verərsə, sadəcə proses rəsmiləşər.

Yazıda vurğulanır ki, bununla belə, acı sonluqla bitən həkim səhvləri artmaqda davam edir. Bu amil isə pullu tibbi xidmətin də keyfiyyətli olacağı düşüncəsini rədd edir.

Müəllifi hesab edir ki, hələ formalaşmamış tibbi sığorta fonunda pul vəsaitlərinin olmaması xəstəxanalarda ölüm hallarının artmasına səbəb olacaq:

«Yeri gəlmişkən, onun səviyyəsi indi də yüksəkdir, ən azı, ana ölümləri yüksək olaraq qalır».

Yazıda doğuş zamanı ana ölümlərinin səbəbləri barədə də danışılır. 2016-cı ildə 22 belə hadisə baş verdiyi bildirilir. Amma müəllif rəsmi rəqəmlərə şübhə bəsləyir.

Yazıda vurğulanır ki, ölkədə istənilən doğum evində xidmətlərə görə pul alırlar:

«Bu səbəb üzündən son zamanlar evlərdə doğuşların sayı artır. Başqa sözlə, tibb müəssisələrində rüşvət gündəlik işə dönüb».

Yazıda bildirilir ki, artıq Azərbaycanda ürək əməliyyatları 9-10 min manata baş gəlir. Müəllifin fikrincə, qonşu İran və Türkiyədə həmin əməliyyatlar iki dəfə ucuz, amma daha keyfiyyətli yerinə yetirilir.

Yazıda bildirilir ki, buna görə də Azərbaycan vətəndaşlarının çoxu müalicə məqsədilə xarici ölkələrə üz tuturlar...

Əkrəm Həsənov
Əkrəm Həsənov

KREDİT BORCUNA GÖRƏ QADINA 10 GÜN HƏBS

«Exo» qəzetində «Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı variantlar təklif edilir» sərlövhəli yazı diqqət çəkir.

Yazıda ölkədə iki ildir aktuallıq kəsb edən problemli kreditlər sahəsində mövcud durum və bundan çıxış yolları ekspert Əkrəm Həsənovla dəyərləndirilir.

Ekspert deyib ki, dünyanın heç bir ölkəsində konkret «Problemli kreditlər haqqında» qanun yoxdur. O xatırladıb ki, bu gün ölkədə banklar haqqında qanun var, bu sahəyə dair Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi qaydalar mövcuddur:

«Bir sözlə, hüquqi baza var, sadəcə banklar buna əməl etmirlər».

Ekspert hesab edir ki, bu problemin həllindən ötrü öncə irihəcmli kreditlərin necə yaranması araşdırılmalıdır:

«Dəfələrlə demişəm ki, bu problemli kreditlərin əksəriyyəti maliyyə institutlarının sahibləri və menecerlərinin natəmiz əməllərinin nəticəsi kimi ortaya çıxıb».

Ə.Həsənov deyib ki, sadə vətəndaşlar isə borclarını manatın iki dəfə dəyər itirməsindən sonra vəziyyətləri ağırlaşdığından ödəyə bilmirlər.

Ə.Həsənov problemli kreditlərin ödənməsi məqsədilə borcluların həbs etdirilmələrini ən böyük problem sayır. Ekspert vurğulayıb ki, bu şəxslər faktiki müflis olanlardır, qanunvericilik onları belə tanımaq imkanı verir. Amma məhkəmələr bu addımı atmırlar:

«Vətəndaşların həbsi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərmişik, tezliklə qərar verilməsi gözlənilir, dövlət buna görə kompensasiya ödəməlidir. Hökumət bunu bilir və amma bir qadına bu günlərdə 10 sutkalıq inzibati cəza veriblər».

Müəllif bildirir ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2017-ci il sentyabrın 1-nə 1 milyard 824 milyon manat təşkil edir.

İ.Əliyev və S.Sarkisian
İ.Əliyev və S.Sarkisian

ƏSAS ŞƏRT-ƏRAZİ TOXUNULMAZLIĞI

«Azərbaycan» qəzetində «Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı danışıqlar prosesində əsas amildir» sərlövhəli yazıda Qarabağ problemi sahəsindəki mövcud vəziyyət dəyərləndirilir.

Yazıda oktyabrın 16-da Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serzh Sarkisian arasında keçirilmiş görüş kontekstində bu mövzudan bəhs edilir.

Müəllif yüksək səviyyədə danışıqlarda uzun fasilə yaranmasını Ermənistanın danışıqlar prosesini pozmaq cəhdləri sayır:

«Xatırlatmaq yerinə düşərdi ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistan yeni danışıqlar prosesinin baş tutması üçün müəyyən şərtlər irəli sürməyə başlamışdı və bu da faktiki olaraq danışıqların dayanmasına gətirib çıxarmışdı. Çünki Azərbaycan yüksək səviyyədə bəyan edirdi ki, hansısa şərtlərin irəli sürülməsi fonunda danışıqların baş tutması mümkün deyil».

Müəllifə görə, Azərbaycanın diplomatik gedişləri nəticəsində Ermənistana dünya miqyasında təzyiqlər müşahidə olundu və bunun nəticəsi kimi onlar yenidən danışıqlar masasına qayıtdı.

Yazıda vurğulanır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan görüşə şərtləri diktə edən tərəf qismində qatılır. Bu da Azərbaycanın hərbi, siyasi, diplomatik, iqtisadi müstəvidə güclü olması ilə bağlıdır:

«Azərbaycan Ermənistandan fərqli olaraq, özünə güvənir, bu fonda da danışıqların gecikməsini və nəticəsizliyini qəbul etmir. Prezident İlham Əliyev bu məsələdə heç bir güzəştin olmayacağını bir daha Cenevrədə dünya birliyi qarşısında nümayiş etdirdi».

Günün bütün mövzuları

XS
SM
MD
LG