Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:37

MDB sərhədçiləri Bakıda 25 qərar imzalayıblar


MDB (logo)

Bu gün, oktyabrın 19-da Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Sərhəd Qoşunları Komandanlarının 78-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov məlumat verib.

İclasda 8 dövlətin sərhəd xidmətinin, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. İclasın gündəliyində MDB-nin xarici sərhədlərində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı 9 məsələ daxil edilib. İclasın yekununda 25 sənəd imzalanıb.

Buna da bax:​ Rusiya silah almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verir

“Əsasən, MDB ölkələrinin xarici sərhədlərində, xüsusən də Əfqanıstan-Tacikistan sərhəd sahəsində qoşun komandanları arasında yaranmış vəziyyətlə bağlı müzakirələrin yekunu olaraq sənədlər imzalanıb”, – A.Manilov qeyd edib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər sərhəd təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində informasiya mübadiləsi barədə razılığa gəliblər.

Xidmət sədri qeyd edib ki, görüş zamanı mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə məsələləri də müzakirə olunub.

Xatırlatma

MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar.

Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib.

Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG