Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:31

Ağ ev Raqqanın azad olunmasından danışır


İŞİD Suriyada ağır texnika ilə parad keçirir
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

İŞİD Suriyada ağır texnika ilə parad keçirir

Ağ ev bildirir ki, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının Suriyada ən böyük istinadgahı olan Raqqanın tezliklə azad olunması uzunmüddətli münaqişədə yeni faza açacaq.

Sözçü Sarah Sanders oktyabrın 18-də bildirib ki, ilin əvvəlində İraqın Mosul şəhərinin ələ keçirilməsi, indi isə Raqqanın yaxın günlərdə gözlənən azad olunması qrupun İraq və Suriyada elan etdiyi «xilafət»in açıq-aşkar dağılmaqda olduğunu üzə çıxarır.

ABŞ-la müttəfiq Suriya qüvvələri oktyabrın 18-də bildiriblər ki, İŞİD-i Raqqadan çıxarıblar və hazırda yollardakı minaları təmizləyirlər.

Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustafa Bali-nin sözlərinə görə, şəhərin azadlığa çıxmasını rəsmən elan etməyə hazırlıq görülür.

Sanders deyib ki, İŞİD indi İraq-Suriya sərhədində kiçik əraziyə sıxışdırılıb və ABŞ prezidenti Donald Trump əsas vədlərindən birinə – qruplaşmanı məğlub etmək hədəfinə çatmaqdadır.

Sözçünün deməsinə görə, Birləşmiş Ştatlar Suriyada digər cəbhələrdə də zorakılığın azaldılmasına çalışacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG