Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:44

Müsavatçılar: 'Qərargaha gələnləri polislər sorğu-sual etməyə başlayıb'


Müsavat partiyası qərargahı qarşısı (arxiv fotosu)

Yürüş keçirmək qərarı verən Müsavat Partiyasının üzvləri qərargahlarının nəzarətə götürdüyünü bildirirlər.

Müsavat partiyasının mətbuat xidməti bildirir ki, oktyabrın 17-dən etibarən qərargaha gələnləri polislər sorğu-sual etməyə başlayıblar.

“Patrul xidməti ilə yanaşı, mülki geyimlilər qərargahın önündə gəlib-gedənləri izləyirlər. Bu gün (oktyabrın 18-i) partiya rəhbərlərinən Yadigar Sadıqov da qərargahın önündə sorğulanıb, ondan partiyada hansı tədbir keçiriləcəyi soruşulub”.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Mətbuat xidmətindən həmçinin, bildiriblər ki, Bakı şəhər İcra Hakimiyyəti yürüşlə bağlı müraciətlərinə, hələ, cavab verməyib

Bakı şəhər Baş Polis İdarəsi isə paytaxtda hər hansı icazəsiz aksiyaya imkan verilməyəcəyini bəyan edib.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov APA-ya deyib ki, icazəsiz heç bir aksiyaya imkan verilməyəcək.

“İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsi yolverilməzdir. Əgər kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərlərsə, bunun qarşısı qətiyyətlə alınacaq. Qəti şəkildə bildirirəm ki, belə bir cəhdə təşəbbüs göstərənlər və razılaşdırılmamış yürüşdə iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar”, - rəis müavini bildirib.

Buna da bax: Abbas Qəhrəmanov: 'Çıxıb auditoriya qarşısında özümə bəraət qazandırmağa ehtiyac da görmürəm'

Ancaq müsavat partiyasının qərargahına gedənlərin sorğu-sual edilməsi ilə bağlı deyilənlərə isə Daxili İşlər Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Müsavat Partiyası həftəsonu Bakıda etiraz yürüşü keçirməyə qərar verib.

Aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət də göndərilib. Yürüşdə “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” və başqa şüarların səsləndirilməsi planlaşdırılır.

Digər müxalif birlik - Demokratik Qüvvələrin Milli Şurası, hələ sentyabrdan Bakıda etiraz aksiyalarının keçirilməsinə qərar verib. Sentyabrın 23-də “Talana yox” şüarı ilə qurumun ilk aksiyası keçirilib.

Milli Şuranın növbəti mitinqi də şəhər rəhbərliyi ilə razılaşdırılaraq keçirilib.

Prezident İlham Əliyev oktyabrın 4-ü Avropa Birliyi Şurasının nümayəndə heyətini qəbul edərkən müxalifətin keçirdiyi mitinq məsələsinə də toxunmuşdu. O demişdi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qorunur. Prezidentin deməsinə görə, ancaq xalq belə aksiyaları dəstəkləmir.

Müxalifət isə bəyan edir ki, hakimiyyət hər mitinq öncəsi fəallara basqıları gücləndirir. Bununla aksiyaya daha az insanın qatılmasına çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG