Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:05

Azərbaycan və Rusiya arasında yeni körpü tikilir


Gömrük

Oktyabrın 18-i Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub.

AZƏRTAC-ın xəbərinə görə, körpünün təməlinin qoyulması ilə yanaşı, bununla bağlı hökumətlərarası protokolun imzalanma mərasimi də keçirilib.

Mərasimdə Azərbaycan hökuməti adından nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədov, Rusiya tərəfdən isə bu nəqliyyat naziri Maksim Sokolov iştirak ediblər.

Təməlqoyma mərasimi Azərbaycanın «Samur» gömrük buraxılış məntəqəsinin və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən «Yaraq-Qazmalar» buraxılış məntəqələrinin ərazisində həyata keçirilib.

Əvvəlki körpünün 60 metrliyində tikiləcək yeni sərhəd qovşağı avtomobillərin hərəkətindən ötrü ikizolaqlı yoldan ibarət olacaq. Körpünün uzunluğu 325.3, eni 17.3 metr, seysmik davamlığı 10 bal təşkil etməlidir.

Hazırda Azərbaycan ilə Rusiya arasında avtomobillərin hərəkəti Samur çayı üzərində 1957-ci ildə tikilmiş körpü vasitəsilə həyata keçirilir. Körpünün ölçüləri və texniki vəziyyəti müasir tələblərə cavab vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG