Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:37

İspaniya məhkəməsi separatçı liderlərin həbsinə order verir


Kataloniyaya ultimatum. Oktyabrın 16-can vaxt verilib
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Kataloniyaya ultimatum. Oktyabrın 16-can vaxt verilib

Oktyabrın 16-da İspaniya Ali Məhkəməsi Kataloniya separatçı qurumlarının iki liderinin həbsinə order verib. Onlar qiyama cəhddə şübhəli bilinirlər və istintaq altındadırlar.

Prokurorlar bildirirlər ki, Kataloniya Milli Assambleyasının (ANC) rəhbəri Jordi Sanchez və «Omnium Cultural» adlı təşkilatın başçısı Jordi Cuixart 1 oktyabr - müstəqillik referendumunun planlaşdırılmasında vacib rol oynayıblar. İspaniya hökuməti həmin səsverməni qanunsuz sayıb.

Məhkəmənin qərarı referendumla bağlı yaranmış siyasi böhranı bir az da qızışdırıb. Yüzlərlə müstəqillik tərəfdarı Kataloniya hökumət binalarının qarşısına toplaşıb, «Siyasi məhbuslara azadlıq» şüarı qaldırıblar.

Separatçı qruplar oktyabrın 17-nə etiraz aksiyası çağırıblar.

«Onlar ideyaları həbsə atmağa çalışırlar, amma azadlıq ehtiyacını daha da gücləndirirlər», – Kataloniya prezidenti Carles Puigdemont Twitter-də yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG