Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:37

İran şimali İraqla sərhədi bağlamadığını deyir


Bahram Ghasemi

İran kürd regionunda müstəqillik referendumuna cavab olaraq İraqın şimalındakı sərhəd məntəqələrini bağlamasıyla bağlı məlumatları təkzib edir.

«Öncədən elan etdiyimiz kimi, İraqın mərkəzi hökumətinin xahişiylə kürd regionuna hava məkanını qapatdıq. Bildiyim qədərilə, o vaxtdan bu sahədə yeni bir şey baş verməyib», – yarırəsmi ISNA xəbər agentliyi oktyabrın 15-də Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi-yə istinadla yazıb.

Daha öncə İranın «Tasnim» xəbər agentliyi bildirmişdi ki, İran hakimiyyəti İraqın kürd regionuyla Başmaq sərhəd keçid məntəqəsini bağlayıb.

Kürd tərəfdən gömrük rəsmisi Shakhwan Abu Bakr də bildirmişdi ki, İslam Respublikası regionla üç sərhəd keçid məntəqəsini bağlayıb.

Sentyabrın 25-də İraq kürdlərinin keçirdiyi müstəqilik referendumundan sonra bölgədə gərginlik artıb. Bağdadın mərkəzi hökuməti, kürd azlıqları yaşayan İranla Türkiyə bu referendum qarşı çıxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG