Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:23

Cavid Qurbanov: ''Bakı-Tbilisi-Qars'ın açılışı oktyabrın 30-da baş tutacaq'


Bakı-Tbilisi-Qars dəmiryolu x'rit'si

Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılış mərasimi oktyabrın 30-da Bakıda baş tutacaq.

Bunu oktyabrın 13-də jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Cavid Qurbanov onu da deyib ki, Bakı-Tbilisi-Qars dəmiryolu ilə sərnişin daşımalarına 2018-ci ildən başlanacaq.

Buna da bax:​ Azərbaycan Dəmir Yolları İrana yük daşımalarına başlayacaq

«Bakı-Tbilisi-Qars» (BTQ) dəmiryol xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mikheil Saakashvili və Türkiyənin o zamankı baş naziri Recep Tayyip Erdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.

Buna da bax: Bakı-Tbilisi-Qars-ın oktyabrda açılacağı deyilir

Bu dəmir yolunun açılışı dəfələrlə ertələnib.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, həmin layihəyə 2016-cı ilin oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları vəsait ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Qərb dairələri BTQ-ni dəstəkləməyib. Bu layihə Ermənistandan yan keçir.

ADNF-nin builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayrılması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG