Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:33

Prokurorluq keçmiş müstəntiqin işgəncə şikayətini araşdırır


Rüfət Səfərov (sağda) və vəkili Bəhruz Bayramov. 07.09.2016

“Xəzər Rayon Prokurorluğu keçmiş müstəntiq Rüfət Səfərova 9 saylı Cəzaçəkmə Müəssisəsində işgəncə verilib-verilmədiyini araşdırır. Prokurorluğun əməkdaşı bu gün, oktyabrın 13-də həmin müəssisədə cəza çəkən R.Səfərovla görüşüb”

Sabiq müstəntiqin vəkili Bəhruz Bayramov belə deyib.

Müdafiə tərəfinin iddialarına görə, R.Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Azər Qurbanzadənin iştirakı ilə sentyabrın 22-də işgəncəyə məruz qalıb. Həmin vaxt yaxınları və vəkilləri onunla görüşməyə cəhd etsə də, buna icazə verilməyib. Görüş yalnız sentyabrın 26-da baş tutub. Həmin vaxt R.Səfərov vəkilinə deyib ki, ona zor tətbiq edilib, qolu bağlanıb və söyüşlə təhqir edilib.

Buna da bax: Rüfət Səfərovun “kars”a salındığı bildirilir

“R.Səfərovun valideynləri ilə də məsləhətləşdikdən sonra bununla bağlı araşdırma aparılması üçün prokurorluğa müraciət etmişik. Bu müraciət əsasında Rüfət Səfərovun cəzacəkmə müəssisəsində işgəncəyə məruz qalması və onunla qeyri-insani davranılması ilə bağlı araşdırmalara başlanılıb. Prokurorluğun əməkdaşının Rüfət Səfərovdan izahat alması da bununla bağlı olub”, - vəkil bildirib.

Buna da bax: E.Sabiroğlu: 'Oğlumu sındırmaq istəsələr də...'

Ancaq bir müddət öncə Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov demişdi ki, nə Rüfət Səfərova, nə də bir qeyrisinə cəzaçəkmə müəssisəndə işgəncə verilə bilər. O, üstəlik vurğulamışdı ki, məhbus onun cərimə kamerasına (Kars) salınmasını məhkəmə qaydasında mübahisələndirə bilər.

XATIRLATMA

R.Səfərov 2015-ci ilin dekabrında bəyanat verərək, hüquq-mühafizə orqanlarından çıxıb. O, hüquq mühafizə orqanlarının fəaliyyətini kəskin tənqid edib.

Daha sonra ona qarşı təkrar rüşvət almaq ittihamı irəli sürülüb.

2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir.

R.Səfərov sentyabrda cəzaçəkmə müəssisəsində cərimə kamerasına salınmışdı.

Ona 9 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi ilk vaxtlarda da «kars» cəzası verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG