Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Pərviz Şahbazov Azərbaycanın yeni energetika naziri təyin edilib.

Prezident İlham Əliyev bu gün, oktyabrın 12-də bununla bağlı sərəncam imzalayıb.

Pərviz Şahbazov 2005-ci ilin avqustundan 2016-cı ilin sentyabr ayınadək Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub.

Energetika naziri postu iyun ayından boş idi.

Energetika naziri Natiq Əliyev Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat etmişdi. Onun səhhətinin qəfildən pisləşdiyi, həkimlərin müdaxiləsinin yetərsiz olduğu bildirilirdi.

Energetika Nazirliyi yanacaq-energetika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Buna da bax: Natiq Əliyev Türkiyədə vəfat edib [video]

Energetika Nazirliyi prezidentin 2013-cü il oktyabrında imzaladığı sərəncamla yaradılıb.

Ondan əvvəl Sənaye və Energetika Nazirliyi fəaliyyət göstərirdi. Həmin nazirlik isə 2004-cü ildə yaradılmışdı.

2004-cü ilədək isə Yanacaq və Energetika Nazirliyi fəaliyyət göstərirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG