Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:14

Konqres Rusiyaya bağlı Facebook reklamlarını yayacaq


Facebook

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvləri deyirlər ki, ötənilki prezident seçkisi dövründə rusiyalı əməliyyatçılar tərəfindən alındığı bildirilən Facebook reklamlarını ictimaiyyətə açıqlayacaqlar.

Palata üzvləri Mike ConawayAdam Schiff oktyabrın 11-də Facebook sosial şəbəkəsinin icraçı direktoru Sheryl Sandberg-lə görüşdən sonra deyiblər ki, reklamların ictimaiyyətə açıqlanmasından ötrü şirkətlə işləyirlər.

«Facebook-dan xahiş etmişik ki, şəxsiyyəti müəyyənləşdirən hər hansı informasiyanı təmizləsin. Ümid edirik, bundan sonra onları yaya biləcəyik», – Schiff deyib.

Conaway-in sözlərinə görə, reklamların noyabrın 1-dən qabaq yayılacağı inandırıcı görünmür. Həmin gün Facebook Rusiyanın seçkiyə müdaxiləsiylə bağlı Konqres qarşısında ifadə verməlidir.

Kəşfiyyat komitəsi Konqresin bir neçə digər komitəsiylə birlikdə Rusiyanın seçkiyə iddia olunan müdaxiləsini araşdırır. Rusiya bu iddiaları təkzib edir.

Facebook bu yaxınlarda bildirib ki, rusiyalı əməliyyatçılar tərəfindən alındığı güman edilən, siyasi baxımdan bölücü xarakterli 3 mindən çox reklam aşkarlayıb.

Sonradan Google və Twitter də oxşar açıqlamalar veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG