Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:55

Ermənistanda KTMT ölkələri cəld reaksiya qüvvələrinin hərbi təlimləri başlayıb


Foto arxiv

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin cəld reaksiya qüvvələri Ermənistanda hərbi təlimlərə başlayıb.

RİA Novosti-nin məlumatına görə, oktyabrın 10-da “Baqramyan” poliqonunda “Qarşılıqlı hərəkət-2017” təliminin açılışı olub.

Oktyabrın 13-dək davam edəcək hərbi təlimlər “Hərbi qardaşlıq-2017” operativ-strateji təlimlərin ikinci mərhələsidir.

Təlimlər ümumilikdə 4 mərhələdən ibarətdir və oktyabr-noyabrda bu təşkilata üzv ölkələrin ərazisində keçiriləcək.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG