Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:13

Hollivud prodüserinin 3 qadını zorladığı bildirilir


Harvey Weinstein və xanımı aktrisa Georgina Chapman

«The New Yorker» yazır ki, 13 qadın Hollivud prodüseri Harvey Weinstein-in onlara seksual hücum etdiyini iddia edib. Üçü hətta prodüser tərəfindən zorlandığını söyləyib.

«The New Yorker» oktyabrın 10-da qadınlardan birinə istinadla yazıb ki, o, 20 il susub, Weinstein-in onu «əzəcəyindən» qorxub.

Dərginin yazdığına görə, polis Nyu-York otellərindən birinin dəhlizində Weinstein-lə onu ittiham edən italyan qadının 2015-ci ilin martında söhbətini də qeydə alıb, amma ittiham irəli sürməməyə qərar verib.

Prodüserin sözçüsü Sallie Hofmeister deyib ki,

«cənab Weinstein razılaşdırılmamış sekslə bağlı bütün iddiaları birmənalı təkzib edir».

Oktyabrın 8-də 65 yaşlı Weinstein özünün kino şirkətinin həmsədri vəzifəsindən kənarlaşdırılıb. Bundan bir neçə gün öncə «The New York Times» yazmışdı ki, «Oscar» mükafatı almış prodüser on illər boyunca gənc qadınları cinsi qısnamaya məruz qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG