Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:13

Azərbaycanda problemli kreditlərin həcmində son bir ayda da artım müşahidə olunub. Vaxtıkeçmiş kreditlərin məbləği sentyabrın 1-də 1.824 milyard manatı ötüb.

Bu haqda Azərbaycan Mərkəzi Bankının yeni açıqlanmış statistik bilgilərində yazılır.

Artımın avqustun əvvəli ilə müqayisədə cüzi olduğu bildirilir – 0.62 faiz və ya 11.2 milyon manat.

Problemli kreditlər yanvar ayının göstəriciləri ilə müqayisədə isə xeyli artıb - 351 milyon manatdan çox.

Son bir ildə isə problemli kreditlərin həcmindəki artım 15 faizə yaxın olub.

Problemli kreditlərin ümumi kredit portfelindəki payı hazırda 14.74 faiz təşkil edir. Bu göstərici ötən ilin sonunda 9 faiz civarında idi.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollara nisbətən iki dəfə dəyər itirib. Bundan sonra kreditlərin ödənilməsində ciddi problemlər yaşandığı açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG