Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:06

Milli Məclisin sədri Oqtay Əsədov Belarusa gedir.

Spikerin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 10-dan 13-dək bu ölkədə rəsmi səfərdə olacaq.

Bu haqda parlamentin mətbuat xidməti xəbər verir.

Səfər çərçivəsində nümayəndə heyətinin Belarus prezidenti Alyaksandr Lukashenka, baş nazir Andrey Kabyakou və bu ölkə parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreichenko ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində deputatlar ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə də maraqlanacaqlar.

Dünən, oktyabrın 8-i müdafiə naziri Zakir Həsənov da Belarusa səfərə gedib. Nazir bu gün, oktyabrın 9-u Belarus prezidenti və müdafiə naziri ilə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG