Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:26

Elmar Məmmədyarov Gürcüstana gedəcək


Elmar Məmmədyariv / AFP Foto /

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-i Gürcüstana işgüzar səfər edəcək

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki,Elmar Məmmədyarov GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Toplantı GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunub.

Toplantıda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasının sonunda birgə bəyannamənin imzalanacağı və mətbuat konfransının keçirilməsi gözlənilr.

2017-ci ildə GUAM-a Gürcüstan sədrlik edir. GUAM 1997-ci ildə yaradılıb.Birliyə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG