Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:45

Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək


Avstraliya bayrağı

Oktyabrın 18-i Avstraliya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Xəbəri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yayıb.

Səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstraliya Biznes Forumu keçiriləcək.

Buna da bax:​ İlham Əliyev: “Avropa Birliyi ilə əlaqələrdə enerji ön plandadır ”

“Tədbirə turizm, logistika, nəqliyyat, tikinti, təhsil, hüquq, daşınmaz əmlak, üzüm, şərab, ağartı məhsulları, ət istehsalı, mədən sənayesi və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstraliya şirkətinin qatılacağı gözlənilir”, – məlumatda vurğulanır.

AZPROMO bildirir ki, tədbirin oktyabrın 18-i “Bakı Biznes Mərkəzi”ndə keçirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG