Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Gürcüstanda azərbaycanlı direktor hicablı qızı dərsə buraxmır


Dağıstanda isə hicablı qızları dərsə buraxırlar

Gürcüstanın Kaxetiya regionundakı Qaracala kəndində 12 yaşlı Aişə iki həftıdir ki, dərsə gedıə bilmir. Məktəbin direktoru onu hicabla dərsə buraxmır.

Məktəbin direktoru da azərbaycanlıdır, həmin kənddəndir. Elza Aşirova deyir ki, dərsə buraxılmamağa səbəb qızın hicabla gəlməsi deyil. Məktəbin qaydaları istənilən baş örtüyü ilə dərsdə oturmağı qadağan edir.

Məktəbin qaydalarını isə valideynlərlə birlikdə müəllimlər müəyyən edib. Direktor deyir ki, bu qaydaları dəyişmək fikri yoxdur.

Gürcüstanda böyük rezonans doğuran bu hadisə ilə Gürcüstanın Gənc Hüquqşünaslar Birliyi maraqlanıb. Təşkilatın regional ofisinin rəhbəri Lasha Bekiashvili deyir ki, məktəb dini azadlıq haqqını pozur, bu haqqı Gürcüstan Konstitusiyası qoruyur.

Bekiashvili bildirir ki,qanuna görə, dininə və özünüifadə etməsinə uyğun olmasa,Aişənin məktəb formasından imtina etmək haqqı var.

Gürcüstanın təhsil nazirliyindən bildiriblər ki, bu mübahisəyə dini çərçivədə baxmaq düzgün deyil. Məktəbin öznizamnaməsi var.

İnsan haqları müdafiəçisi Tamar Lamazashvili isə hesab edir ki, məktəb direktoru tam haqlıdır. Məktəb direktoru bu məsələdə uşağın haqqını qoruyur.

Aişə ətrafında mübahisə hələ sona çatmamış Qaracala kəndində daha bir 12 yaşlı qızın atası Nodar Astanov deyib ki, qızını hicabsız dərsə buraxmaycaq. Onun sözlərinə görə, “öz dinini uşağın özü seçir. Uşaq deyir ki, məktəbdə oxumağın və qalan hər şeyin yerinə hicabı və duaları seçir”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG