Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:39

FHN: 367 nəfər təxliyə edilib


Bu gün, oktyabrın 5-i Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin cənub rayonlarında yağışdan sonra yaranmış vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.

FHN bildirir ki, oktyabrın 4-dən 5-nə keçən gecə xilasedicilər hadisə rayonlarında köməksiz qalan 367 nəfəri təxliyə ediblər.

Yağışın fəsadları: Evləri su basıb, elektrik kəsilib...

Son günlər intensiv yağışlar nəticəsində ölkənin cənub bölgəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələri su basıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Bölgə müxbiri xəbər verir ki, İranla sərhəd Astaraçayın daşması ilə Astara rayonun Suparibağ inzibati ərazi dairəsində Rudəkənar, Məscidməhəllə və Qapçıməhəllə kəndlərinin ərazisində həyətyanı sahələri su basıb. Gecə saatlarında bu kəndlərdən 70-dən yuxarı ailə köçürülüb.

Sakinlər bildirirlər ki, bu, sahilbərkitmə işlərinin yetərincə icra olunmamasından irəli gəlir.

Bundan əlavə, Pensər çayının daşması ilə Şağlazüzə, Xıçəso və Şəmətük kəndləri ilə əlaqə kəsildiyi bildirilir. Verilən məlumata görə, Deqədi-Pəlikəş avtomobil yolunda torpaq sürüşməsi baş verib. Hazırda rayonunun əksər yaşayış məntəqəsində elektrik olmadığı söylənir.

İntensiv yağan yağışlar nəticəsində Lənkərançayın da daşdığı bildirilir. Rayonun Sütəmurdov və Girdəni kəndlərində onlarla evi su basdığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG