Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:14

5 oktyabr- BMT-nin təsis etdiyi Beynəlxalq Müəllim Günüdür.

2015-ci ildə Avropa Birliyində (AB) 5.7 milyon nəfər məktəb müəllimi kimi çalışıb. Bunlar, əsasən, ibtidai və orta məktəblərdə işləyən müəllimlərdir.

EUROSTAT-ın məlumatına görə, müəllim ordusunun çoxu qadınlardır – düz 72 faizi, yəni 4.1 milyon nəfəri.

AB-də işləyən müəllimlərdən yarım milyonu (9%) yaşı 30-dan az olanlardır. 2 milyon nəfəri isə (36%-ə yaxın) 50 və yuxarı yaşlıdır.

Latviya və Litvada müəllimlərin 85%-dən çoxu qadınlardır. Ümumiyyətlə, AB üzvlərində 2015-ci ildə məktəb müəllimlərinin əksəriyyəti qadınlar olub. Latviyada qadınlar müəllimlərin 87, Bolqarıstan və Estoniyanın hər birində 83, Sloveniyada 81, İrlandiya və İtaliyanın hər birində isə 80%-ni təşkil edib.

Beynəlxalq Müəllimlər Günü 1994-cü ildən qeyd olunur. Bu ilin mövzusu belədir: «Azadlıqda dərs deyək, müəllimlərə səlahiyyət verək».

Təxminən bir il öncə Azərbaycanda 160 minədək müəllimin olduğu bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG