Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:18

Bu il sentyabr ayının 1-nə Azərbaycanda pul bazasının çoxaldığı bildirilir.

Bu haqda Azərbaycan Mərkəzi Bankının yeni açıqladığı statistik bilgilərdə yazılır.

Məlumata görə, sentyabr ayı boyunca ölkədə pul bazası 2.4 faiz çoxalıb.

Oktyabrın 1-də pul bazasının ümumi məbləği 8.671 milyard manatdan çox olub. Sentyabrın 1-də bu göstərici 8.468 milyard manat təşkil etmişdi. Artım əvvəlki aya nisbətən 202 milyon manatdan çox olub.

2017-ci ilin əvvəlinə olan göstəriciylə müqayisədə isə pul bazası 10 faiz - 810.7 milyon manat artıb.

MƏRKƏZİ BANKIN EHTİYATLARI DA ARTIB

Yeni açıqlanmış bilgilərdə həmçinin, Mərkəzi Bankının valyuta ehtiyatlarının da artdığı vurğulanır.

Mərkəzi Bankın valyuta ehtiyatları oktyabrın 1-də 5 milyard 167.5 milyon dollar olub. Sentyabrın 1-də isə bu göstərici 5 milyard 101.2 milyon dollar olmuşdu.

İlin əvvəlinin göstəricilərlə müqayisədə də artım var - 30 faizə qədər.

3 il əvvəl Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollara yaxın idi. 2015-ci ildə baş verən devalvasiyalar ərəfəsində və sonra ehtiyatın böyük bir hissəsi xərcləndi.

Hazırda Mərkəzi Bank hərraclara valyuta çıxarmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG