Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:21

Rusiya mövsüm olmayanda Türkiyədən tomat məhsulları almaq istəyir


Arkady Dvorkovich

Rusiyanın baş nazir müavini Arkady Dvorkovich bildirib ki, kənd təsərrüfatı nazirliyi Türkiyədən tomat məhsullarının alınmasına icazə verilməsini təklif edib.

Söhbət mövsüm olmayanda 50 min tonadək məhsuldan gedir.

Bu barədə oktyabrın 4-də gazeta.ru saytı məlumat yayıb.

Bundan əvvəl verilən məlumatlara görə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Racep Tayyib Erdogan Ankara görüşündə kənd təsərrüfatı, o cümlədən Türkiyədən Rusiyaya tomat ixracı məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Türkiyənin 2015-ci ildə Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşmişdi və Moskva Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq eləmişdi.

Erdogan sonradan həmin insidentə görə üzr istədikdən sonra münasibətlər normallaşmağa başladı.

Rusiya bundan sonra pomidor və tomat məhsullarını çıxmaq şərti ilə demək olar ki, bütün sanksiyaları aradan qaldırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG