Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:47

«Yahoo» şirkəti bildirir ki, 2013-cü ildə 3 milyard hesabın hamısı haker hücumuna məruz qalıb.

Bu, daha öncə açıqlanmış rəqəmdən üç dəfə çoxdur və tarixdə ən böyük məlumat oğurluğu sayılır.

Şirkət oktyabrın 3-də bildirib ki, 2013-cü ilin avqustunda hücuma məruz qalmış əlavə istifadəçi hesablarına da bildiriş e-mail-ləri göndərib.

«Yahoo» hücum barədə ilk dəfə 2016-cı ilin dekabrında məlumat açıqlayıb, bildirib ki, oğurlanmış informasiyaya adlar, elektron ünvanlar, telefon nömrələri, doğum tarixləri, təhlükəsizlik sualları və cavablar daxildir.

Şirkət informasiyanın bir hissəsinin kodlaşdırma yoluyla qorunduğunu bildirir. Ancaq ekspertlər təhlükəsizlik sisteminin köhnə olunduğunu və asanlıqla qırıldığını qeyd edirlər.

«Yahoo»nu iyunda «Verizon Communications Inc.» alıb. Sözçü deyib ki, son açıqlamaya baxmayaraq, «Verizon» «Yahoo»nu almasına təəssüflənmir.

Bu xəbərdən sonra səhmdarlar və «Yahoo» hesablarının sahiblərinin qaldırdığı birgə məhkəmə iddialarının artacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG