Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 13:29

‘Turan’ İA ilə bağlı cinayət işi davam edir


"Turan" agentliyində axtarış aparan vergi müfəttişləri. 16avq2017

Vergilər Nazirliyində bir müddət əvvəl “Turan” İnformasiya Agentliyi (İA) barəsində açılmış cinayət işi davam edir.

Bu haqda nazirlikdən agentliyə daxil olmuş məktubda bildirilir.

Məktubu vergilər nazirinin müavini Namiq Əliyev imzalayıb. Sentyabrın 26-da imzalanmış məktub agentliyə bu gün, oktyabrın 2-də daxil olub.

Məktubda qeyd edilir ki, agentliyin direktoru Mehman Əliyevlə bağlı həbs qətimkan tədbiri sentyabrın 11-də "başqa yerə getməmə" qətimkan tədbiri ilə dəyişdirilib. Bu ölkədən çıxma qadağası deməkdir.

Buna da bax:​ Baş prokuror ’Turan’ın fəaliyyəti və casus şəbəkəsi barədə

XATIRLATMA

«Turan» İA-nın direktoru Mehman Əliyev avqustun 24-də saxlanıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları «siyasi motivli» adlandırıb.

Üstəlik, agentliyin bank hesabına da həbs qoyulmuşdu.

“Turan» İnformasiya Agentliyinin kollektivi avqustun sonunda bəyan etmişdi ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər. Sentyabrın 1-dən yalnız bəzi əməkdaşlar könüllülük prinsipi ilə fəaliyyət göstərmişdilər. Agentlik oktyabrdan fəaliyyətini bərpa etdiyini bəyan edib.

Buna da bax: ‘Turan’ agentliyi: ''Qara sentyabr' geridə qaldı...'

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və hökuməti onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim olunub.

Sentyabrın 11-də M.Əliyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib, o, sərbəst buraxılıb.

Bunun ardınca da Vergilər Nazirliyi agentliyin bank hesabından həbsin götürüldüyünü açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG