Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:13

Nazir Kataloniyanın muxtariyyətini ləğv etməyi təklif edir


Barselona

Kataloniya parlamenti müstəqillik elan eləsə, İspaniyaKonstitusiyadan istifadə edib Kataloniyanın muxtariyyətini ləğv edə bilər.

Bunu İspaniyanın ədliyyə naziri Rafael Catala oktyabrın 2-də deyib.

O bildirib ki, Ali Qanunun 155-ci maddəsi mərkəzi hakimiyyətə muxtar hakimiyyəti səlahiyyətlərdən məhrum etmə hüququ verir.

Nazir deyib:“ 155-ci maddə qüvvədədir. Biz bu maddənin gücündən tam istifadə edəcəyik. Bizim istifadə etdiyimiz vasitələr bəzilərinə ağırılı ola bilər, ancaq kimlərsə müstəqillik elan edirsə,biz deməliyik ki, onlar bunu edə bilməzlər”

Kataloniyada oktyabrın 1-də keçirilən referendumda səs verənlərin 90 faizi müstəqilliyə səs verdi. Madrid bu referendumu qanunsuz elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG