Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 10:27

Oktyabrın 1-i könüllü heyvansevərlərin Balaxanı qəsəbəsində Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin qarşısında aksiya keçirdikləri bildirilir.

Aksiya iştirakçılarının əsas tələbləri heyvanların qidalanması və müalicəsində iştirakdır. Ancaq departamentdən heç kimin onları qəbul etmədiyi bildirilir.

Məlumatı AzadliqRadiosuna könüllülərdən Hicran Məmmədova verib.

O, bildirib ki,Balaxanıda itlər çox acınacaqlı şəkildə saxlanılır. Əvvəllər itlərin qidalanmasında və müalicəsində iştirak ediblər. Onun sözlırinə görə, indi sahibsiz itləri çox sərt qaydada öldürürlər.

Hicran Məmmədova deyir ki, onlar itlərin qidalanması və müalicəsi prosesini izləməyə buraxılmalıdırlar. Onun sözlərinə görə, sivil ölkələrdə könüllü heyvansevərlərə belə sərt münnasibət yoxdur:

“Halbuki, departament rəhbərliyi buna görə maaş alır, ancaq itləri qidalandırmaq, müalicə etmək əvəzinə öldürürlər. Biz isə öz vəsaitimizlə onların işini asanlaşdırmaq istəsək də, buna imkan vermirlər”.

Aksiya və heybansevərlərin tələbi ilə bağlı, hələlik, Bakı şəhər Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin münasibətini öyrənmək mümkün olmayıb.
Ancaq bir müddət əvvəl idarənin məsul şəxsləri KİV-ə açıqlamlarında bildirmişdilər ki, sahibsiz itlərlə sivil metodlarla davranmaq böyük vəsait təlb edir.

Üstəlik, artıq, ölkədə sahibsiz itlərin öldürülməsinin qadağan edildiyi açıqlanmışdı.Ancaq bu ilin avqustunda Sumqayitda sahibsiz bir itin dişləmsindən sonra 5 yaşlı qızın quduzluqdan ölümü yenidən heyvanlara qarşı sərt tədbirlərin görülüməsinə səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG