Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Ramiz Mehdiyev Nikolay Patruşevi qəbul edib


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushev

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev (Nikolai Patrushev) Azərbaycana gəlib. Bu gün, sentyabrın 29-da Nikolay Patruşevi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qəbul edib.

Görüşlə bağlı məlumatı Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.

Buna da bax:​ Deputat: 'Demokratiya əslində bir problemə çevrilib'

Rusiya tərəfindən görüşdə Xarici İşlər və Rabitə nazirliklərinin nümayəndələri də iştirak ediblər.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, görüşə bu ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FSB), Təhlükəsizlik Soveti Aparatının və Prezident Administrasiyasının nümayəndələri də qatılıblar.

Görüşdə regional təhlükəsizlik, dini ekstremizm və terrorizmlə mübarizə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir.

Buna da bax:​ Ramiz Mehdiyev: 'Artıq proseslər dözülməz həddə çatıb'

Məsləhətləşmələrdən sonra Nikolay Patruşev Azərbaycanla Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin strateji tərəfdaşlıq məzmunu daşıdığını ifadə edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG