«Ölkədə alternativ cəzalar tətbiq etməklə məhkumların sayını azaltmağı düşünürük».
APA-nın xəbərinə görə, bunu sentyabrın 29-u Prezident Administrasiyasının (PA) sektor müdiri Vüsal İsayev Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmələrdə bildirib.
O qeyd edib ki, bunun yolu alternativ cəzaların tətbiq edilməsidir:
«Biz alternativ cəzalar tətbiq etməsək, məhkumların sayını necə azalda bilərik? Məhz buna görə son dəyişikliklərdə bəzi maddələr dekriminallaşdırılıb».
XATIRLATMA
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı parlamentə layihə təqdim edib. Orada 300-dən çox dəyişiklik təklif edilir. Nəticədə 34 cinayət üzrə cəza müddəti aşağı salınır, bəzilərində isə azadlıqdan məhrumetmə cəzası maliyyə sanksiyası və azadlığın məhdudlaşdırılması ilə əvəz edilir.