Rusiyanın müxalifət siyasətçisi Aleksey Navalnynı sentyabrın 29-da Moskvada evinin kəndarında saxlayıblar.
Saxlanmanın səbəbini bildirmirlər. Bu barədə məlumatı isə Navalnynın özü verib. Navalnyİnstagramda yazır ki, onu “Danilovski” rayonunun polis şəbəsinə aparırlar.
Navalnynı saxlanmasını sentyabrın 29-da Nijni Novqorod şəhərində keçiriləcək müxalifət mitinqilə əlaqələndirir. Həmin icazəli mitinqdə Navalny çıxış eləməli idi.
Navalny yazır: “ Qoca Putin mənim Nijni Novqorodda mitinqə gedib-çıxmağımı necə də istəmir. Çıxdım ki, vağzala gedim, blokda saxladılar. Əsil kinodakı kimi maşın gəldi, içindən polis çıxdı. Deyilənə görə, “Danilovski”yə aparırlar”
Navalny onu da yazır ki, " Кремль mənim seçicilərlə görüşlərimi nəhəng təhlükə və hətta təhqir kimi qiymətləndirir- çünki onlarla görüşə heç kim havayı gəlmir."
Navalny Rusiya hökumətinin ən yüksək vəzifəli şəxslərinin korrupsiyası haqda ifşaedici araşdırmaları ilə tanınıb.