Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:23

Vəkilləri Cahangir Hacıyevlə görüşə bilmir


Cahangir Hacıyev

Vəkilləri «Azərbaycan Beynəlxalq Bankı» (ABB) ASC-nin idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevlə görüşə bilmir.

Vəkillərdən Fəxrəddin Mehdiyevin deməsinə görə, sentyabrın 27-si keçmiş bankirin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsinə gedib. Ancaq onunla görüşə bilməyib.

Vəkil müdafiə etdiyi şəxsin cərimə kamerasına (kars) salındığını eşidib. Ancaq bunu rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Vəkil ehtimal edir ki, C.Hacıyev sentyabrın 26-sı cərimə kamerasına salına bilər.

«Mənə dedilər ki, cəzaçəkmə müəssisəsinin rəisi işdə deyil, ona görə icazə vərəqəsi imzalana bilməz. Sentyabrın 28-də həmkarım Aqil Layıcov da eyni səbəbdən Cahangir Hacıyevlə görüşə bilməyib. Penitensiar Xidmətdən cəzaçəkmə müəssisəsinin rəisinin işdə olmadığını, buna görə icazə vərəqəsi verilmədiyini bildiriblər. Ancaq bizdə olan məlumata görə, sentyabrın 28-i rəis yerində idi», - deyə Mehdiyev bildirib.

Vəkilin açıqlamasına hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində suçlu bilinir.

Ancaq o, özü ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG