Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:05

Lütfü Zadənin cənazəsi Bakıya gətirilib


Lütfi Zadə

ABŞ-da yaşamış azərbaycanlı alim Lütfi Zadənin cənazəsi sentyabrın 28-dən 29-na keçən gecə Bakıya gətirilib.

Bu gün, sentyabrın 29-u dəfn prosedurunun həyata keçiriləcəyi bildirilir. Alimlə vida mərasiminin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) saat 12.00-dan 14.00-dək keçiriləcəyi, onun I Fəxri Xiyabanda dəfn olunacağı açıqlanıb.

Lütfi Zadə 1921-ci ildə Bakıda anadan olub. Sonra bir müddət İranda yaşayıb, daha sonra ABŞ-a gedib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi.

O, sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG