Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:07

Facebook, Google və Twitter Rusiyanın müdaxiləsi haqda nə bilir?


arxiv
arxiv

Facebook, Google və Twitter rəhbərləri ABŞ Konqresində müzakirələrdə ifadə verəcəklər.

Bunu “Amerikanın Səsi”nə sentyabrın 28-də Konqresdəki mənbə bildirib.

Müzakirələr Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsinə həsr olunub və yaxın həftələrdə keçirilməlidir.

Amerika senatının kəşfiyyat komitəsində dinləmə noyabrın 1-də olacaq.

Nümayəndələr Palatasında isə eyni mövzuda dinləmə oktyabrın sonuna kimi keçirilə bilər.

Konqres Rusiyanın seçkiyə təsir üçün online platformalardan necə istifadə etdiyini anlamaq istəyir.

REKLAMA 100 MİN

Mövzu ilə bağlı oktyabrın əvvəlində Facebook bildirmişdi ki, 2016-cı ilin prezident seçkilərində Rusiyanın trolları fikir ayrılığı yaradan, nifaq salan reklam məlumatlarına 100 min dollardan çox xərcləyiblər.

Buna da bax: Facebook siyasi reklamlar yerləşdirənlərin kimliyini istəyəcək

Facebook-un bu məlumatından sonrabəzi demokrat qanunvercilər İnternetdə siyasi reklam məsələsinə yenidən baxmağı təklif edirlər.

Çərşənbə günü Trump Facebook və Twitterə hücuma keçib ki onlar media ilə əlaqəyə girib, ona qarşı kampaniyaya qoşulublar.

Trumpın ittihamının cavabında Facebook-un rəhbəri Mark Zuckerberg bildirdi ki,seçki vaxtı sosial şəbəkə ilə yayılan məlumatlardan və ideyalardan həm Trump, həm də liberallar narazıdırlar, ancaq istənilən ideyanın yayıldığı istənilən platforma məhz belə işləyir.

Eyni mövzuda suallara Senatın kəşfiyyat komitəsində Twitter cavab verməyə razı olub, ancaq brifinq qapalı olacaq.

HƏLƏ DƏ QARIŞIRLAR

Respublikaçı senator James Lankford sentybarın 27-də deyib ki, Senatın kəşfiyyat komitəsinin üzvü kimi Rusiya müdaxiləsi haqda məlumatlar alır və bu məlumatlar Rusiyanın ABŞ-ın daxili siyasətinə qarışmaqda, adamlar arasında nifaq salmaqdadavam etdiyini göstərir.

Lankford misal çəkib ki,son bazar günləri Rusiyanın internet trolları Trumpın başladığı mübahisəni qızışdırırdılar ki, Amerika Futbol Liqasının oyunçuları dövlət himni çalınarkən diz çökməlidirlər yoxsa yox.

SAXTA HESABLAR

Daily Beast nəşri isə sentyabrın 27-də yazıb ki, Facebook-da Amerikanın Birləşmiş Müsəlmanları adlı qrup əslində saxta hesabdır və Rusiya hökuməti ilə bağlıdır. Bu hesabdan seçki vaxtı Amerika siyasətçiləri, o cümlədən Hillary Clintonhaqda yanlış məlumat yamaq üçün istifadıə olunurdu.

Məqalədə deyilir ki, bu qrupFacebook-da məqsədli auditoriyaya hesablanmış reklam alırdı və müsəlmanlara qarşı yönəlmiş kampaniyalardan danışırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG