Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 05:41

Ermənistan İranla kürdlər arasında qalıb


İraq Kürdüstanı

Dağlıq Qarabağ erməniləri İraq Kürdüstanında müstəqillik referendumunun nəticəsini alqışlayıb. Regionun qondarma xarici işlər nazirliyinin sentybarın 27-də verdiyi bəyanatında deyilir ki, bu referendum xalqın öz müqəddəratını özünün həll etməsi aktıdır.

Dağlıq Qarabağdan fərqli olaraq Ermənistan hökuməti isə İraq hökumətinin, Türkiyənin və bir çox başqa güc mərkəzlərinin tənqid etdiyinə referenduma ehtiyatlı yanaşıb.

Xarici işlər naziri Edvard Nalbandyan deyib ki, əsas olan cari məsələrin həllidir. “Ermənistan gözləyir ki, İraq hakimiyyəti və İraq Kürdüstanının regional hakimiyyəti vəziyyəti gərginləşdirməkdən yayınacaqlar və mövcud məsəlləri həll etməyin imkanalarını tapacaqlar. “

Ermənistanda yaşayan kürdlər də deyirlər ki, İraq Kürdüstanının müstəqil dövlət kimi tanınması məsələsini qaldırmaycaqlar.

Ermənistanın hakim partiyası olan Respublika partiyasının parlamentdəki fraksiyasının rəhbəri , Ermənistandakı kürd icmasının başçısı Knyaz Hasanov deyir ki, İraq kürdlərinə dəstək yalnız mənəvi olacaq.

Knyaz Hasanov
Knyaz Hasanov

Knyaz Hasanov : "Hər ölkə özü seçir, hər ölkənin öz marağı var. Ermənistanın da öz marağı var. Ermənistanın İranla yaxşı əlaqələri var, İran isə İraq Kürdüstanı referendumunun əleyhinədir. Buna görə Ermənistan İraq Kürdüstanını tanısınmı? -sualının cavabını müəyyən eləmək çətindir.

Qətərin Əl Cəzirə televiziyasının sentybarın 25-də yaydığı informativ videoda deyilir ki, Ermənistanda kürdlərin sayı 35 mindir.

Sentyabrın 25-də İraq Kürdüstanında keçirilən referendumda isə səs verənlərin 92 faizi müstəqiliyə səs verdi. Ancaq referendumun nəticəsinin hüquqi qüvvəsi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG