Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:26

Azərbaycan rəqabət qabiliyyəti hesabatında 35-cidir


Bakı

Dünya İqtisadi Forumu dünya ölkələrinin iqtisadi rəqabətlik hesabatını yayıb.

“Qlobal Rəqabətlilik 2017-2018” adlanan hesabatda 137 ölkənin iqtisadiyyatlarının rəqabət qabiliyyəti qiymətləndirilir. Hesabatda bu rəqabət qabiliyyəti qısaca belə dəyərləndirilir ki, ölkə daxili imkanları sayəsində artım əldə edib, bu artımı davamlı saxlaya bilirmi?

Ölkənin rəqabət qabiliyyəti 12 göstərici üzrə qiymətləndirilib. Bu göstəricilərə infrastruktur, makroiqtisadi mühit, innovasiyalar, işçi qüvvəsindən tutmuş siyasi sabitliyə qədər müxtəlif amillər daxildir.

Azərbaycan 137 ölkə arasında 35-ci yerdədir.

Azərbaycanın rəqabət qabiliyyətliliyinə ən böyük problem Azərbaycanda iş görənlərin maliyyə vəsaitinə çıxışı göstərilib. İkinci yerdə valyuta tənzimləməsi, 3-cüdə vergi tənzimləməsidir. 4-cü inflyasiyadır. Dövlət bürokratiyasının səmərəsizliyi 5-ci yerdədir.

Maraqlıdır ki,bunlarla yanaşı, Azərbaycan bütün qonşu ölkələri qabaqlayıb.

Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan 73-cü yerdədir.

Dünyada ən rəqabət qabiliyyətli ölkə isə 6-cı il dalbadal İsveçrə hesab olunub. İkinci yerdə ABŞ, 3-cü yerdə Sinqapurdur.

Niderland 4-cü, Almaniya 5-cidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG