Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:27

Özbək yazıçını Daşkəndə çatan kimi saxlayıblar


Nurulloh Otahanov

Özbək yazıçı Nurulloh Otahonov sentyabrın 27-də ikiillik sürgün həyatından sonra Daşkəndə qayıdıb və polis tərəfindən aeroportda saxlanıb.

Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Gulnara Otahonova məlumat verib. Yazıçının əliqandallı polisə aparıldığı qeyd olunur.

Otahonova-nın sözlərinə görə, polis ona bildirib ki, həyat yoldaşı «Bu günlər» adlı kitabıyla bağlı istintaq çərçivəsində saxlanıb. Hökumətin dini məsələlər üzrə komitəsi həmin kitabı ekstremist ədəbiyyat siyahısına salıb.

Özbək yazıçı Daşkəndə qayıdır

Özbək yazıçı Nurulloh Otahanov iki il Türkiyədə könüllü sürgündə yaşayandan sonra Daşkəndə qayıtmağa qərar verib.

63 yaşlı Otahanov daha çox Nurulloh Muhammad Raufhon təxəllüsüylə tanınır. O, sentyabrın 26-da İstanbuldan Daşkəndə yola düşməmişdən öncə AzadlıqRadiosuna deyib ki, Özbəkistan prezidenti Shavkat Mirziyaev xaricdə yaşayan özbək ziyalıları ölkələrinə dönməyə çağırandan sonra bu qərara gəlib.

Otahanov 2013-cü ildə «Movarounnahr» nəşriyyatının direktoru və «Hidoyat» dərgisinin baş redaktoru vəzifələrindən uzaqlaşdırılandan sonra Özbəkistanda problemlər yaşamağa başlayıb. O, 2015-ci ildə bir nəşriyyatın dəvətiylə Türkiyəyə gedib. Həmin ölkədə çap etdirdiyi «Bu günlər» adlı kitabında Sovet İttifaqının çöküşündən sonra Özbəkistanın inkişafını tənqid edib.

Mirziyaev hökuməti avqustda elan edib ki, ölkədə arzuolunmaz sayılan minlərlə özbəkistanlının adı «qara siyahı»dan çıxarılıb.

Mirziyaev ötən ilin dekabrında prezident seçilib. 1989-cu ildən ölkəni idarə etmiş Islam Karimov ötən ilin sentyabrında vəfat edib. O vaxtdan Mirziyaev hökuməti siyasi məhbus sayılan bir sıra şəxsləri həbsdən buraxıb, qonşu Orta Asiya ölkələriylə münasibətləri yaxşılaşdırmağa çalışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG