Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:31

Ukraynada artilleriya anbarı partlayıb


Partlayış

Sentyabrın 26-da axşam Ukraynanın Vinnitsa şəhəri yaxınlığındakı Kalinovka kəndində artilleriya anbarı partlayıb. Sakinlər köçürülüb.

Şahidlər ilkin partlayış səslərindən sonra səmada qığılcımların göründüyünü deyirlər.

Bəzi sakinlər partlayışdan yaranan tüstü və yanğının zəhərli qaz buraxa biləcəyindən narahatlığını bildirib.

Yerli media yazır ki, partlayış dalğası Kalinov administrasiyası binasının pəncərələrini qırıb.

Şahidlər partlayış səslərinin hadisə yerindən 260 km şimal-şərqdə yerləşən Kiyevdə belə eşidildiyini söyləyirlər.

Kalinovkada qaz, işıq xətləri qapadılıb, əhaliyə evlərindən çıxmaq tapşırılır. Rəsmilər, baş nazir Volodymyr Hroysman Vinnitsaya gediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG