Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:06

Ukraynaya öldürücü silahlar vermək təklifi


Joseph Dunford

ABŞ-ın ordu komandiri Ağ evə Ukraynaya müdafiə yardımı üçün öldürücü silahlar verməyi tövsiyə edib ki, özünü Rusiyanın mümkün hərbi əməliyyatlarından qoruya bilsin.

Baş qərargah rəisi, general Joseph Dunford sentyabrın 26-da Senatın silahlı xidmətlər komitəsində ifadə verib. O deyib ki, Ukraynaya öldürücü silah yardımının artırılması təklifi Ağ evdə baxılmasını gözləyir.

ABŞ prezidenti Donald Trump-ın sələfi Barack Obama Ukraynaya radar və qoruyucu eynəklər kimi qeyri-öldürücü hərbi yardım göstərib, öldürücü silah verməkdən imtina edib, bunun Ukraynanın şərqində Rusiyanın silahlandırdığı separatçılarla müharibəni qızışdıra biləcəyindən narahatlığını dilə gətirib.

Ancaq Dunford deyir ki, «fikrimcə, hərbi perspektivdən, Ukraynaya suverenliyini qorumağa əlavə imkanlar lazımdır».

«Düşünürük ki, zirehli maşınları dayandıra bilmək imkanı onlara özlərini qorumaqdan ötrü vacibdir», – Dunford vurğulayıb.

Ukrayna liderləri indiyədək Birləşmiş Ştatlardan silah, özəlliklə, «Javelin» tank əleyhinə raket kompleksi istəyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG