Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 04:41

Litva Gürcüstana daha rusca «Gruzia» deyil, «Sakartvelo» deyəcək. Bu haqda media sentyabrın 26-da yazıb.

Litva parlamentinin – Seymin spikeri Viktoras Pranckietis deyib ki, 2018-ci ildən Litva gürcü xalqına «böyük hədiyyə» olaraq bu ölkənin rəsmi adını dəyişəcək. «BaltNews» portalı belə yazıb.

«Gürcülərin Gruzia sözündən xoşu gəlmir. Onlar ölkələrini Sakartvelo adlandırırlar», – o deyib.

Sakartvelo «gürcülərin yeri» deməkdir.

Litva bir sıra keçmiş postsovet ölkələri kimi «Gruzia» sözünü işlədir. Gürcüstan 2011-ci ildə kampaniya başladaraq dost ölkələri bu sözü «Sakartvelo»ya dəyişməyi xahiş edib.

Medianın yazdığına görə, Pranckietis Tbilisiyə səfərindən sonra məsələni Litva parlamenti qarşısında qaldırıb. «Baltnews»un yazdığına görə, Litva parlamenti bu dəyişikliyi dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG