Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Pakistanın keçmiş baş naziri Nawaz Sharif məhkəmədə dindirilib


Nawaz Sharif

Pakistanın keçmiş baş naziri Navaz Sharif korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxıb.

Pakistanın Ali Məhkəməsi iyulun 28-də Nawaz Sharifi vəzifədən kənarlaşdırıb və bu, o vaxtdan bu yana onun məhkəmədə ilk çıxışıdır.

Sharifin məhkəməsi, o Londondan döndükdən bir gün sonra keçirilib.

Hazırda baş nazirin həyat yoldaşı Londonda müalicə olunur.

Onun tərəfdarları məhkəmə binasının ətrafına toplaşıb, ona dəstək şüarları səsləndiriblər.

Məhkəmə həmçinin keçmiş baş nazirin iki oğlu, qızı və kürəkənini gələn həftə məhkəməyə çağırıb.

Oktyabrın 2-də Sharif-ə qarşı ittiham irəli sürüləcəyi gözlənilir.

Sharif və ailəsi pulyuma əməliyyatı və Londonda mülk almaqda ittiham olunur.

Amma onun tərəfdarları hesab edir ki, baş nazirin hakimiyyətdən getməsinin arxasında hərbçilər durur.

Mülki hakimiyyətin tərəfdarı olan Sharif-in hərbçilərlə münasibətləri pisdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG