Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 23:37

Dünyanın ən ağır qadını hesab olunan misirli Eman Ahmed Abd El Aty sentybarın 25-də Abu Dabi hospitalında vəfat edib. Onun heç 40 yaşı yox idi. Ölümə səbəb ürək və böyrək çatışmazlığı olub.

El Aty-nı fevral ayında müalicəyə Hindistana göndərındə Airbus təyyarəsinin içindəxüsusi düzəlişlər edilmişdi.

El Aty 20 ildən çox idi ki, evdən çıxmırdı.

O da maraqlıdır ki, Hindistan əvvəlcə El Aty-ya viza verməkdən imtina etmişdi, ancaqo, Hindistanın xarici işlər nazirinə birbaşa müraciət edəndən sonra nazir şəxsən işə qarışdı və ona viza verildi.

Onu arıqlatmaq üçün bütün vasitələrə al atılmışdı,mədəsindəəməliyyat da olunmuşdu, ancaq bununla onun çəkisi yalnız 100 kq azaldı.

El Aty-nın bacısı Hindistanın Mumbai xəstəxanası ilə müalicənin səmərəsizliyi mübahisəsini başlayandan sonra isə El Aty Mumbaini tərk etdi. Onun çəkisi bu xəstəxanada iki dəfə azalmışdı.

Bundan sonra Abu Dabinin xəstəxanası söz verirdi ki, El Aty-nı müalicə edə biləcək.

İsgəndəriyyə şəhərindən olan El Aty-nının ən byük arzusu dənizdə çimmək idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG