Populyar əfqan müğənni Kabildə itkin düşüb
Zulala Haşimi 2016-cı ildə ToloTV-də musiqi yarışmasına qatılanda yeniyetmə idi. O, sonradan populyarlaşdı. Amma "Taliban" hakimiyyətə qayıdandan sonra hökumət musiqi ifalarını yasaqladı. Zulala da ailəsi ilə birlikdə sakit həyatını yaşamağa davam etdi. Amma bir aydan çoxdur o, izsiz-soraqsız yoxa çıxıb. Əri polisin onu axtarmağa kömək etmədiyini deyir. "Taliban" rəsmiləri onu məişət zorakılığında suçlasa da, özü ittihamı rədd edir.
Arxiv
-
İyun 09, 2026Putinin ən effektiv 'silahı' – Milyarderlər
-
İyun 08, 2026Paşinyanın qələbəsinin 'əmma'sı: Sülh sazişi təhlükədə?