Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 14:15

Prezident:“ Büdcə daha böyük olmaldır”


İlham Əliyev

“ Gələn ilin büdcəsi daha böyük olmaldır”.

APA-nın xəbərinə görə, bUNU sentyabrın 24-ü prezident İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında deyib.

Prezident İlham Əliyev bildirib ki, son vaxtlar Azərbaycanda aqroparkların yaradılması geniş vüsət alıb:

“Onlardan biri də Salyan rayonunda yaradılır. Mənə verilən məlumata görə, bu, 3 min hektar sahədə yaradılır. Bizməşğulluğu artıracağıq, işsizliyi daha da aşağı salacağıq, yerli istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik. Beləliklə, ölkə iqtisadiyyatı neftdən, qazdan daha da az asılı olacaq. İndi də bu asılılıq azalır və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir. Son vaxtlar mənim təşəbbüsümlə kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək, yeni təkan vermək üçün müşavirələr keçirilib. Pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq, çəltikçilik, sitrusçuluq – biz bütün bu sahələrə xüsusi diqqət göstəririk”
Prezident deyib ki, neftin qiymətinin kəskin aşağı düşməsinə görə gəlirlər azalıb. Ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur.

“ Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq. Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək. Gələn ilin büdcəsi də daha böyük olmalıdır və dövlət investisiya xərcləri daha da böyük olacaq. Yəni, iqtisadi, maliyyə sahələrində qarşımızda heç bir problem yoxdur. ”.

“Biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik”

“Neftçala rayonunun inkişafında bu sənaye məhəlləsinin çox böyük rolu olacaq”.

Pprezident İlham Əliyev bu fikirləri isə sentyabrın 24-ü Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonrasöyləyib.

Azərbaycan prezidenti vurğaulayıb ki,ölkədə sənayeləşmə siyasəti uğurla aparılır:

“Biz bu zonaların yaradılması ilə iş adamlarına dövlət tərəfindən növbəti dəstək göstəririk. Azərbaycan dövlətibu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait ayırıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyub. Yəni, bu, onu göstərir ki, burada dövlət-özəl sektor tərəfdaşlığı özünü göstərir”

Dövlət başçısı deyib ki, bu zonanın ən böyük müəssisəsi avtomobil zavodudur:
“Bu zavodun fəaliyyəti nəticəsində biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik və eyni zamanda, ixrac üçün də imkanlar yaranacaq. Bu zavodun yaradılması İran-Azərbaycan tərəfdaşlığının təzahürüdür.Çox şadam ki, Azərbaycanda, Neftçalada belə gözəl müəssisə yaradılıb. Mənə verilən məlumata görə, bütövlükdə Neftçala Sənaye Məhəlləsində 500-ə yaxın insan işlə təmin olunacaq.”.

Bu ilin dövlət büdcəsinin gəlirləri 17, xərcləri isə 18 milyard manata yaxındır. Bu budcə son 10 ilin ən kiçik büdcəsi sayılır.

Prezident İlham Əliyev sentyabrın 24-ü Neftçala və Salyan rayonlarına səfər edib.Bir sıra yeni yol və obyektinaçlışında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG