Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:08

Prezident Neftçalaya gedib


İlham Əliyev

Prezident İlham Əliyev entyabrın 24-ü Neftçala rayonuna səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, ölkə başçısı əvvəlcə keçmiş prezident Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib.

Prezidnet daha sonra 110/35/6 kV-luq“Neftçala” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev məlumat verib ki, şəhərin və rayonun su təsərrüfatını elektrik enerjisi ilə təmin edən 35 kV-luq yarımstansiyanın məhz “Neftçala” yarımstansiyasından qidalandırılması nəzərdə tutulub.

Elə bu gün, sentyabrın 24-üdövlət başçısı Neftçala Sənaye Məhəlləsinin açılışında da iştirak edib.

İqsadiyyat naziri Şahin Mustafayev prezidnetdə deyib ki, sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib.

“Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsində istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb”, deyə o vurğulayıb.

Ümumilikdə orada 474 daimi iş yerinin də yaradıldığı bildirilir.

Prezident İlham Əliyev Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub.

Verilən məlumata görə, illik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qaradan ötrü və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldildiyi deyilir.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrıldığı bildirilir.Müəssisədə 26 nəfər işlə təmin edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG