Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:00

Mövsüm Səmədov saxlama şəraitindən narazılıq edir


Mövsüm Səmədov

“Qobustan Qapalı Həbsxanasına yerləşdiriləndən bəri - iyulun 21-dən Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun deməsinə görə, ailə üzvləri ilə görüşünə, telefonla danışmasına və ərzaq bağlaması qəbul etməsinə imkan verilmir”

Bunu onun vəkili Yalçın İmanov bildirib. Vəkil sentyabrın 22-də həbsxanada M.Səmədovla görüşüb.

Vəkilin deməsinə görə,M.Səmədov bildirib ki, başqa bir məhkumla təxminən 6 kvadratmetlik kamerada antisanitariya şəraitində saxlanılır. Ona ərzaq bağlaması, pul verilməsinə qadağa qoyulub, bununla yanaşı həbsxanadakı təminatlar pis səviyyədədir.

“Həbsxananın yeməkləri yeyiləsi deyil. Səhər manna, günorta vermeşil supu, axşam da “perlova” verilir. Buranın suyu içiləsi deyil, qablara yığıb saxlayırıq ki, lil dibinə çöksün, içə bilək. Əl sabununu 2 dəfə yumalısan ki, sabunun çirki təmizlənsin”, vekilin deməsinə görə, M.Səmədov bildirib.
M.Səmədova 6 aylıq ciddi saxlanma rejiminin tətbiq edildiyini bildirən vəkil Y.İmanov deyir ki, ciddi saxlanma şəraitində olan məhkumlara məhdudiyyətlər qanunidir.

“Ancaq Səmədova qanunda nəzərdə tutulmuş maksimum 6 aylıq ciddi saxlanma rejiminin tətbiqi ona münasibətin qərəzli olduğunu bir daha təsdiq edir”.

Qobustan Qapalı həbsxanası vəPenitensiar Xidmətdən məhbusa istinadən vəkilinin açıqlamalarına münasibət almaq, hələlik, mümkün olmayıb.

XATIRLATMA

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyəti ələ keçirmək və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illiyə Qobustandakı Qapalı Həbsxanaya köçürülüb. Şəraitin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

O, ötən il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisinə qaytarılıb və elə həmin gün 15 günlük cərimə kamerasına (“kars”a) salınıb. Ardınca müəssisə rəhbərliyi onun yenidən Qobustan Qapalı Həbsxanasına göndərilməsi barədə təqdimat verib. Qaradağ Rayon Məhkəməsi həmin təqdimatı təmin edib.

Rayon məhkəməsinin qərarından verilən şikayəti apellyasiya instansiyası təmin etməyib.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulması iddiası ilə kəskin tənqid edir. O, ötən ilin avqustunda Konstitusiyaya dəyişikliklərinə etiraz olaraq, Qobustan Qapalı Həbsxanasında aclıq aksiyası keçirib.

Həmin Konstitusiyaya dəyişiklikləri ilə prezidentlik müddəti və onun səlahiyyəti artırılıb. Ölkədə vitse-prezidentlik institutu yaradılıb.

Bundan sonra prezident İlham Əliyev öz xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.

Müxalifət hesab edir ki, konstitusiya dəyişikliyi ilə hakimiyyət bir əldə cəmləşib.

Hakimiyyət rəsmiləri isə deyirlər ki, dəyişikliklər ölkənin təhlükəsizlik maraqlarına və çevik idarəçilik prinsiplərinə söykənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG