Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:32

Balaxanıda sənaye parkının açılışı olub


İlham Əliyev Balaxanı Sənaye Parkında

Bu gün, sentyabrın 22-si Balaxanı Sənaye Parkının açılış mərasimi keçirilib. Mərasimə prezident İlham Əliyev də qatılıb.

President.az saytı xəbər verir ki, mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına sənaye parkının özəllikləri barədə məlumat verib. Bildirib ki, parkda ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılacaq.

Ölkə başçısı parkda yaradılan sənaye müəssisələri ilə, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.

Balaxanı Sənaye Parkının rezidentləri «Az.Ekol.», «Ekokat», «Metak» məhdud məsuliyyətli cəmiyyətləri və «Çapar» poliqrafiya müəssisədir. Həmin şirkətlər plastik qırıntıların istehsalı və işlənmiş mühərrik yağlarının emalı sahəsində çalışacaqlar.

XATIRLATMA

Azərbaycanda sənaye parkları və məhəllələrinin yaradılmasına 2011-ci ildən başlanıb. Əvvəlcə Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Artıq bu parkda müəyyən müəssisələrin fəaliyyətə başladığı bildirilir.

Prezident bu istiqamətdə növbəti sərəncamlara birdə 2015-ci ildə imza atıb. Həmin il Neftçala Sənaye Məhəlləsinin, Mingəçevir və Qaradağ sənaye parklarının yaradılmasına qərar verilib.

2016-cı ilin ortalarında isə prezident Masallı Sənaye Məhəlləsinin və Pirallahı Sənaye Parkının yaradılması haqda sərəncamlar verib.

Bu ilin iyul ayında isə Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılmasına qərar verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG