Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 06:08

Kalashnikova abidənin postamentində alman avtomatı?


Kalashnikov abidəsi

Məşhur “kalaşnikov” avtomatının müəllifi Mikhail Kalashnikova Moskvada qoyulan abidənin postamentində nasist Almaniyası dövründə düzəldilən avtomatın çertyoju aşkar edilib. Bunu hərbi tarixçi Yuriy Pasholok tapıb.

Rusiyanın hərbi-tarixi cəmiyyəti buna hələ reaksiya verməyib.

Heykəlin postamentində çertyoju olan StG 44 avtomatı Almaniyada 40-cı illərin əvvəlində düzəlib.

(Şəkildə: sağdakı ən aşağıdakı avtomatın üstündə olan çertyoj Pasholokun dediyinə görə alman avtomatınındır )

Kalaşnikov avtomatı 1949-cu ildən Sovet Ordusundadır. Onun xarici görünüşü almana avtomatına bir qədər oxşasa damexanizmləri, güllələri alman avtomatından tam fərqlidir. Ancaq belə fikir geniş yayılıb ki, sovet konstruktoru öz avtomatını məhz bu alman avtomatından “oğurlayıb”.

Kalashnikova abidə Moskvada sentyabrın 19-da açılıb.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiyabidənin açılışında Kalaşnikov avtomatını “Rusiyanın mədəni brendi” adlandırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG