Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 23:11

ABŞ GUAM üzvlərinin ərazi bütövlüyünü tanıyır


Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilən GUAM-ABŞ görüşündə iştirak edib.

Bu barədə bu gün, sentyabrın 22-si Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşün yekunu olaraq, «GUAM-ABŞ Birgə Bəyannaməsi» qəbul edilib.

Bəyannamədə GUAM-ın ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilir.

Bəyannamədə GUAM regionunda münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişin labüdlüyü vurğulanır.

Üstəlik, GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqlik bir daha bəyan edilir. Həmçinin, GUAM-a üzv dövlətlərin məruz qaldığı gücdən istifadə təhdidinin əsas narahatlıq doğurduğu bildirilir.

Hazırda Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası keçirilir. Sessiya çərçivəsində bir sıra müxtəlif qurumlar da öz toplantılarını keçirirlər.

GUAM 1997-ci ilin oktyabrında yaradılıb. Bu qurumun yaradılmasında Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan iştirak edib. Bir ara Özbəkistan da qurumun üzvü olub.

Bu təşkilata daxil olan həm Ukraynanın, həm Gürcüstanın, həm də Azərbaycanın ərazilərinin bir hissəsi işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG