Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 04:11

XİN: Azərbaycanlı uşaqlar səfirliyin diqqətindədir


"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

"Arvadım İŞİD-ə qoşulub"

«Bu məsələ Azərbaycanın İraq səfirliyinin daimi diqqət mərkəzindədir».

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu bəzi KİV-lərdə İraqın İŞİD-dən təmizlənən zonalarında azərbaycanlı uşaqların olması barədə reportajlar yayması ilə bağlı bildirib.

Nazirlik sözçüsü deyib ki, səfirlik bu istiqamətdə fəaliyyət göstərir.

«Azərbaycan səfirliyi bu məsələ ilə bağlı İraqın müvafiq qurumları ilə daimi təmasdadır», - deyə H.Hacıyev bildirib.

Bəzi KİV-lərdə İraqın İŞİD-dən təmizlənən zonalarında azərbaycanlı uşaqların olması ilə bağlı reportajlar yayılıb. Reportajların birində bildirilir ki, indi yiyəsiz qalan azərbaycanlı uşağın valideynləri axtarılır.

Suriya ərazisində fəaliyyət göstərməyə başlayan «İraq-Şam İslam Dövləti» (İŞİD) adlı terror qruplaşmasının tərkibinə 2012-ci ildən etibarən Azərbaycandan olan ayrı-ayrı şəxslərin və hətta bəzi bütöv ailələrin qoşulması haqda xəbərlər dolaşırdı.

Sonradan terror təşkilatlarında fəaliyyət göstərdikləri bildirilən bəzi şəxslər geri qayıtdıqdan sonra Azərbaycanda məsuliyyətə cəlb ediliblər. Rəsmi məlumatlarda bildirilir ki, təkcə son bir ildə terror təşkilatlarının tərkibində döyüşdüklərinə görə 151 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG